Kahramanmaraşın Türkoğlu rayonunda meşə sahəsində yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, əraziyə meşə işçiləri və yanğınsöndürənlərlə bərabər, Meşə Region Müdirliyinə aid yanğınsöndürmə helikopterləri də göndərilib.

Yanğının nəzarət altına alınması üçün jandarma və mühafizəçilər də dəstək verir.

Ağarza Elçinoğlu