Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gedib.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında bildirib. 

Onun sözlərinə görə, Conson münaqişə başlayandan bəri Ukraynanı səmimi şəkildə dəstəkləyib.

“İndi də o, Ukraynaya beynəlxalq dəstək verməkdə davam edir”, - deyə Zelenski keçmiş baş nazirlə əl sıxarkən çəkilmiş şəklini paylaşaarq yazıb.

Nuranə Abbasova