İranda İnsan Haqları Təşkilatı məlumat verir ki, Şiraz və Qum şəhərlərinin mərkəzi həbsxanalarında iki məhbus dar ağacından asılıb.

"Unikal"
"Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, məlumata görə, məhkumlar qəsdən adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.