Türkiyəli rejissor Nuri Bilge Ceylanın Kannda "Qızıl Palma budağı" üçün yarışan "Kuru Otlar Üstə" filmi Türkiyənin Oskar namizədi olub.

"Unikal" xəbər verir ki, Nuri Bilge Ceylanın Kann festivalında "Qızıl palma budağı " üçün yarışan və aktrisa Merve Dizdarla mükafat alan "Kuru Otlar Üstə" filmi Türkiyəni "Ən yaxşı beynəlxalq film " kateqoriyasında təmsil edəcək .

Kino sahəsində peşəkar təşkilatların nümayəndələrindən ibarət 15 nəfərlik seçim komissiyasının qiymətləndirməsi nəticəsində “Kuru Otlar Üstünə” filmi Türkiyənin 96-cı Oskar Mükafatlarına (Oskar) namizədi olaraq müəyyən edilib.

Kino Peşəkar Dərnəkləri Güc Birliyinə müraciət edən 7 filmin qiymətləndirildiyi yığıncaqda rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Kuru Otlar Üstünə” filmi Türkiyənin “Ən yaxşı beynəlxalq film” namizədi seçilib.

ABŞ- da keçiriləcək mükafatlandırma mərasiminin gələn ilin martında keçirilməsi planlaşdırılır.