Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. 

Tərəflər Ermənistan-Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib və bütün fikir ayrılıqlarını yalnız diplomatik kanallarla həll etməyə çağırıb.

Makron münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik vasitələrlə ədalətli və davamlı həllinə sadiqliyini təsdiqləyib.

Ağarza Elçinoğlu