Krım körpüsünün dağılmış hissəsində avtomobillərin hərəkətinə sentyabrın 15-dən başlamaq planlaşdırılır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Bu gün biz gecə-gündüz işləyirik. Düşünürəm ki, sentyabrın 15-də biz Krım körpüsünün dağıdılmış hissəsi ilə gedəcəyik, çünki biz layihə səviyyəsində aşırımın quraşdırılmasını tam başa çatdırmışıq. Yəni, körpü artıq mövcuddur , indi bunun üzərinə asfalt çəkmək, işıqlandırma işləri aparmaq, nişanlar çəkmək lazımdır", - deyə o bildirib.

Ağarza Elçinoğlu