NATO Soyuq Müharibədən bəri 40 mindən çox hərbçinin iştirak etdiyi ən böyük birgə komanda-qərargah təlimini keçirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə  "Financial Times" məlumat yayıb.

Qeyd edildiyi kimi, “Sabit Müdafiəçi” təlimi NATO-nun Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranmış böhrana cavabdan döyüş əməliyyatlarına sürətli keçidinin bir hissəsidir.

NATO rəsmiləri bildiriblər ki, təlimlərin gələn ilin yazında başlaması və 500-dən 700-ə qədər hava döyüş missiyasının, 50-dən çox gəminin və təxminən 41 000 hərbçinin iştirak edəcəyi gözlənilir.

Təlimlərdə ümumilikdə 32 ölkə, o cümlədən hələ NATO-ya daxil olmayan İsveç iştirak edəcək. Təlim Almaniya, Polşa və Baltikyanı ölkələrdə baş tutacaq.

Gülayə Mecid