"Ümid edirəm ki, prezident Baydenlə danışacam. Onun fikri və dəstəyi mənim üçün çox önəmlidir. Düşünürəm ki, o, bu müharibənin səhifəsini çevirə bilər. O, artıq bir dəfə HİMARS ilə bağlı bunu edib". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

O, CNN telekanalına müsahibəsində bildirib ki, Ukraynanın əks-hücum zamanı dayanmaması çox vacibdir: "Biz hamımız uğur qazanmaq və xoşbəxt sona çatmaq istəyirik. Amma bu, bir saat yarımlıq film deyil. Bu əks hücumdur. Bu, xoşbəxt sonluqla bitən film deyil. Xoşbəxt sonumuz olmayacaq. Çox insan itirmişik. Biz bunu qəbul etməliyik. Qələbə isə yeganə şeydir ki, işğaldan azad olunsun və Rusiyanın digər ölkələrə, Baltikyanı ölkələrə, Polşaya hücum etməsinə mane olsun və hamımızı Sovet İttifaqına qayıtmaqdan çəkindirsin".

Ağarza Elçinoğlu