Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş Uzaq Şərqdə baş tutacaq.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Putin danışıqlarda Kim Çen Inın şərəfinə rəsmi şam yeməyi verəcək.

"İki ölkə liderləri Rusiya və KXDR arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, eləcə də beynəlxalq məsələləri müzakirə edəcəklər", - Peskov əlavə edib.   

Şimali Koreya lideri Kim Çen In sentyabrın 10-da axşam saatlarında paytaxt Pxenyanı qatarla tərk edərək Rusiyaya gedib. 

Gülayə Mecid