Mərakeş kralı VI Məhəmməd sentyabrın 8-də baş vermiş zəlzələ qurbanları üçün qan verib.

"Unikal" xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" yazıb .

Məlumata görə, monarx, həmçinin Mərakeşdəki universitet xəstəxanasına baş çəkib.

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeş şəhəri yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 839 minə yaxın insanın yaşadığı qəsəbədən 77 km aralıda yerləşib.

Krallığın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, fövqəladə hallar xidməti dağıntıları hələ də təmizləyir və insanların axtarışını davam etdirir. Bununla əlaqədar olaraq, yaralı və itki ilə bağlı məlumatların davamlı olaraq dəyişəcəyi barədə xəbərdarlıq edilib. 

Bundan əlavə, yer qabığının yerdəyişməsi səbəbindən əyalətdəki bir çox məşhur muzey və məscid zərər görüb. Xüsusilə, zəlzələ XIX əsrin ikinci yarısında tikilmiş Dar Si Səid sarayına ciddi ziyan vurub.