Rəsmi Kreml Bakıya üz tutur
11:00 02-04-2013
İQTİSADİYYAT
Rəsmi Kreml Bakıya üz tutur
Artıq təzyiqlər səmərə vermir
Son zamanlar Rusiya-Azərbaycan münasibətləri kifayət qədər ciddi araşdırılmaqda və ortaya çıxan problemlərin həlli yolları araşdırılır. Əslində iki ölkə arasında münasibətlər bir il öncədən gərgin olsada bu məsələ Qəbələ RLS-i məsələsində daha qabarıq şəkildə ortaya çıxdı.
Qeyd edək ki, həmin vaxt Azərbaycan bu hərbi bazadan Rusiyanın istifadə etməsi üçün 600 milyon dollar pul istəmişdi. Rusiya isə danışıqlar yolu ilə bu məbləği azaltmağa çalışsada heç bir nəticə olmadı və bundan sonra gərginlik pik həddə çatdı. Nəticədə Rusiya ümumiyyətlə bu bazanı ləğv etmək qərarına gəldi. Bundan sonra Rusiya Azərbaycana başqa bir təkliflə yaxınlaşdı. Rusiya prezidenti Vladimir Putin Vahid Gömürük İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etdi və possovet ölkələri ilə danışıqlar başladı. Həmin vaxt əksər qərb ekspertləri bəyan etdilər ki, bu sovetlər birliyinin yaranmasına xidmət edir və bu ittifaqa qoşulan dövlətlər faktiki Avropadan üz döndərəcəklər. Məhz bu məqamda Azərbaycan növbəti ciddi bir addım atdı. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan bu ittifaqa qoşulmayacaq. Bu isə artıq Rusiya üçün gözlənilməz oldu. Məhz bundan sonra Rusiya Azərbaycana qarşı ən sərt şəkildə addımlar atmağa başladı. Öncəliklə "Sadval" təşkilatı aktivləşdirildi, daha sonra "Milyarderlər İttifaqı" təsis edildi və sonda Rusiya silahlı birləşmələri Dağıstanla sərhəd bölgəsinə yeridildi və Ermənistan sürətlə silahla sürətləndirilməyə başlandı. Tək bunu qeyd edək ki, iki ay ərzində Rusiyanın Ermənistandakı hərbi bazası iki dəfə böyüdüldü və əlavə desant qüvvələrinin yerləşdirilməsi planlaşdırıldı. Bütün bunlar isə açıq şəkildə Azərbaycana təzyiq idi. Amma Azərbaycan mövqeyində stabil qaldı və ABŞ-NATO hərbi birləşmələrinin Əfqanıstandan çıxarılması üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verildi. Hətta belə fikirlər də səslənməyə başlanılıb ki, çıxarılan hərbi hissələr bir müddət Gürcüstan və Azərbaycanda qalacaq. Bütün bunlar isə Rusiya üçün sözsüz ki, ağır nəticələr yarada bilər və bu səbəbdən deyəsən Rusiya yanaşmasında dəyişikliklər edir. Belə təzyiqlərdən nəticənin olmadığını görən Rusiya indidə yenidən danışıqlara başlamağa çalışır. Bu səbəbdən MDB çərçivəsində görüşlərin sayı artırılıb və yaxın günlərdə növbəti görüşün şahidi olacağıq. Belə ki, aprelin 5-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. MDB İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, XİN rəhbərləri beynəlxalq siyasət sahəsində inteqrasiya olunmuş qarşılıqlı fəaliyyətə dair bir sıra məsələləri müzakirə edəcəklər. İclasda humanitar, təhlükəsizliyin təminatı və digər sahələrdə dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra layihələr nəzərdən keçiriləcək.
Tərəflər ali məktəblərin diplomlarının qarşılıqlı tanınması haqqında saziş layihəsini, bədən tərbiyəsi və idmanın inkişafı strategiyasının reallaşdırılması planını, vahid təhsil məkanının formalaşdırılması sahəsində əməkdaşlığa dair sazişə dəyişiklik edilməsinə dair layihəni müzakirə edəcəklər.
Bundan başqa iclasda MDB dövlətlərinin informasiya texnologiyalarından istifadə olunmaqla törədilən cinayətlərə qarşı mübarizədə əməkdaşlığa dair Konsepsiyası, sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi, 2013-cü il üçün Fəaliyyət Planı nəzərdən keçiriləcək.
Bundan başqa aydın olub ki, yaxın günlərdə Rusiyanın xarıcı işlər naziri Sergey Lavrov Bakıya gələcək. Ekspertlər hesab edir ki, bu görüş kifayət qədər ciddi bir görüş olacaq və əsasən bir neçə məsələnin həllinə cəhd olunacaq. İlk növbədə Gömürük İttifaqı məsələsi müzakirə olunacaq və yəqin ki, Rusiya bunun müqabilində hansısa güzəştlərə gedəcəyini bəyanlayacaq. Bundan başqa hesab edilir ki, Sergey Lavrov prezident İlham Əliyevlə Vladimir Putinin də görüşünün təşkilinə cəhd edəcək. Çünki hazırda məsələlər o qədər mürəkkəbləşib ki, bu gərginliyi yalnız iki prezidentin qarşılıqlı razılaşması ilə həll etmək olar. Bunu da xatırladaq ki, Rusiya analitikləri dəfələrlə Vladimir Putindən Azərbaycan prezidenti ilə görüşməyi istəmişdilər. Görünür artıq Rusiya durumu dəyərləndirmək zorundadır və konkret güzəştlərlə balans yaratmağa çalışacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40