Konqresmen Marcori Teylor Qrin ABŞ-ın müdafiə naziri Lloyd Ostinin maaşının bir dollara endirilməsini təklif edib. Onun fikrincə, o, rəsmi vəzifələrinin öhdəsindən gələ bilmir.

"Unikal" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“Lloyd Ostin müdafiə naziri vəzifəsində uğursuz oldu və ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına aldı. Mən əmək haqqını 1 dollara endirmək üçün düzəliş etdim”, - konqresmen yazır.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Amerika hakimiyyətinin Ukrayna ərazisinə qoşun yeritmək barədə qərar qəbul edə biləcəyi barədə fikir bildirib.

Teylor Qrinə görə, onu ən çox Üçüncü Dünya müharibəsi narahat edir.