Meksika konqresi təxminən 1000 yaşında olduğu düşünülən yadplanetli növündən iki nümunə sərgiləyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Perudan gətirildiyi iddia edilən mumiyalanmış nümunələr hər kəsin görməsi üçün pəncərənin içərisindəki qutularda təqdim edilib.

Ufoloq Hayme Maussan təqdimata başlamazdan əvvəl and içib.

“Bu nümunələr bizim yer təkamülümüzün bir hissəsi deyil... Bunlar UFO qəzasından sonra tapılan varlıqlar deyil. Onlar yosun mədənlərində tapılıb və sonradan fosilləşib. Bizi ayıran deyil, bəşəriyyəti birləşdirən bu böyük kainatda tək deyilik”, - deyə o, çıxışına başlayıb. 

İddialara görə, yadplanetlilər 2016-cı ildə Perunun Kusko şəhərindən gətirilib.

Nuranə Abbasova