Sentyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) "Unikal"a verilən məlumata görə, heyətlərə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.

Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.