İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manatla təmin ediləcək.
Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi tapşırılıb.