Amerikalı aktyor Maykl Makqrat vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı sənətçi Nyu-Cersidəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Toni mükafatı laureatı olan Maykl Makqrat "Memfis", "Mənim sevimli ilim", "Ulduzda yellənmək" və "Balaca mən" kimi məşhur filmlərdə rol alıb.