Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
BQXK-nin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nin maşınları ilə daşınacaq.