Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

*** 18:59

Daxili İşlər Nazirliyi Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun  kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görəPolis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

*** 18:52

Masallıda qətl hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlərlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.