"Məhbusların mübadiləsindən sonra  Vaşinqton və Tehran arasında münasibətlərdə yeni “humanitar addımlar” atıla bilər".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün  Nyu-Yorka gələrkən jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“Bu, sırf humanitar aksiya idi. Təbii ki, bu, gələcəkdə digər humanitar addımların atıla biləcəyi bir addım olacaq”, - Rəisi bildirib.

Avqustun 10-da ABŞ və İranın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib. Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib .