Doğma marka "Azerçay", Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi ilə kənd uşaqlarının təhsili üçün səfərbər olub. 

"Unikal" xəbər verir ki, “Təhsil evdən başlayır" layihəsi ilk olaraq Astaranın Diqo kəndində  həyata keçirilib.  Bu, Diqo kəndinin tarixində bir ilk olub. Tədbirdə valideynlərin maarifləndirilməsi məqsədilə təlim proqramı, uşaqların əylənməsi üçün şou-proqram da keçirilib. 

Böyük sevincin müşayiət etdiyi tədbirdə iştirak edən ucqar kənd sakinlərinə "Azerçay" markasına məxsus məhsullarla yanaşı, uşaqlara məktəbli çantası, məktəb ləvazimatları, oyuncaqlar və şirniyyatdan ibarət hədiyyə paketləri təqdim olunub. Tədbir zamanı "Təhsilə dəstək, həyata dəstəkdir" şüarı ilə uşaqların sağlam qidalanması və sağlam düşünməsini,  təhsilin rolunu, bu prosesdə valideynlərin dəstəyinin əhəmiyyətini vurğulayan çıxışlar edilib, viktorina və oyunlar keçirilib. 

Qeyd edək ki, “Azerçay” bu kimi sosial layihələri ənənsinə sadiq qalaraq dəstəkləyəcək.