ABŞ-nin Cənubi Karolina ştatında bir gün əvvəl yoxa çıxan F-35 qırıcısının qalıqları tapılıb. 

"Unikal" xəbər verir ki, rəsmilər F-35-in qalıqlarının Çarlston Hərbi Hava Qüvvələri bazasının şimal-şərqindəki Uilyamsburq bölgəsində tapıldığını bildirib.

Təyyarə qəzaya uğramazdan əvvəl pilot paraşütlə tullanıb. Qeyd olunub ki, pilot paraşütlə tullananda təyyarə avtomatik uçuşa buraxılıb və onun işlək transponderi və gizli texnologiyası radarların izlənməsinə mane olub.

Qəzanın təfərrüatları verilməyib.

Qeyd edək ki, bir F-35 təyyarəsinin qiyməti 80 milyon dollara başa gəlir.

Ağarza Elçinoğlu