Lokal xarakterli antiterror tədbirlərində icra edilən fəaliyyətlər Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir.
"Unikal" xəbər verir ki, bunu bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
“Lokal antiterror tədbirlərinə cəlb olunan silahlı qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, onlar bütün növ təminatla təmin ediliblər", - deyə A.Eyvazov bildirib.