“Serbiya həmişə ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”.
"Unikal" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasının kuluarlarında jurnalistlərə Qarabağdakı vəziyyəti şərh edərkən deyib.
“Serbiya, həmişə olduğu kimi, BMT-yə üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirəm ki, bu prinsipə həmişə hörmətlə yanaşılacaq”, - o bəyan edib.