İngiltərə millisinin sabiq futbolçusu Con Terri vaxtilə kapitanı olduğu “Çelsi” klubunun səhmlərini almaq istəyir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin nümayəndələri bununla bağlı danışıqlara başlayıblar.
Terri London təmsilçisinin səhmlərinin 10 faizinə sahib çıxmaq arzusunu dilə gətirib. O, bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunun baş məşqçisi olmaq təklifini rədd edib.