İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Hacıhətəmli kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həşimov Sahib Salman oğlu idarə etdiyi 90-XS-492 dövlət nömrə nişanlı "Chevrolite" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov