Qazprom 21-27 sentyabr tarixləri arasında Sibir Təbii Qaz Boru Kəməri ilə Çinə göndərdiyi qazı təmir səbəbiylə dayandıracağını açıqlayıb.
"Unikal" xəbər verir ki, 2023-cü ildə Rusiyanın xətt vasitəsilə Çinə təbii qaz nəqlinin 22 milyard kubmetrə çatacağı gözlənilir. Qazprom 21-27 sentyabr tarixlərində Sibir Təbii Qaz Boru Kəməri ilə Çinə qaz nəqlini illik planlaşdırılmış təmir işləri ilə əlaqədar dayandıracağını açıqlayıb .
Açıqlamada, "Sentyabrın 21-dən 27-dək Sibir Təbii Qaz Boru Kəmərində planlı təmir işləri aparılacaq. Bu müddət ərzində qaz nəqli müvəqqəti olaraq dayandırılacaq."
“Qazprom” və Çinin CNPC şirkəti arasında “şərq marşrutu” üzrə qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, Sibir qaz kəmərinin avadanlıq və sistemlərinə texniki xidmət ildə iki dəfə, yaz və payız aylarında həyata keçirilir.
Yaz aylarında qaz kəmərində cari ilin martın 28-dən aprelin 4-dək cari təmir işləri aparılıb.
2022-ci ilin sonuna qədər Rusiya Sibir Təbii Qaz Boru Kəməri ilə Çinə 15,5 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ildə Rusiyanın boru kəməri ilə Çinə təbii qaz nəqli 22 milyard kubmetrə çatacaq.
Rusiyanın şərqindəki ən böyük qaz nəqli sistemi olan Sibir Təbii Qaz Boru Kəmərinin ixrac gücü ildə 38 milyard kubmetrdir.
2014-cü ildə Qazprom və CNPC yaxın 30 il ərzində Rusiya qazının Çinə tədarükü üçün 400 milyard dollarlıq müqavilə imzalayıb. İlk boru kəmərinin tədarükü 2019-cu ilin dekabrında başlayıb.