Ukrayna prezidenti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışını gözləmədən BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirildiyi zalı tərk edib.

"Unikal" xəbər verir ki, Ukrayna prezidentinin BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzanın başçılıq etdiyi Rusiya nümayəndə heyəti salonda olub. Zelenski ikinci, Lavrov isə 12-ci yerdə çıxış edəcəyi planlaşdırılırdı.

Tədbir başlamazdan əvvəl söz alan Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna prezidentinin iştirakı ilə keçirilən iclasını tamaşa adlandırıb . O, həmçinin əlavə edib ki, Zelenskinin çıxışı şuraya daxil olan ölkələrin liderlərinin çıxışı qarşısında qoyulanda Təhlükəsizlik Şurasının iş proseduru bir nümayəndə heyətinin xatirinə pozulur.