Ötən gün saat 18 radələrində 1967-ci il təvəllüdlü Həşimov Sahib Salman oğlu idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə Hacıhətəmli-Gideyli- Kürdeldarbəyli yolunun İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisindən keçən hissəsi ilə rayonun Gideyli kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
"Unikal"ın məlumatına görə, avtomobil asfalt yoldan yolun sol tərəfinə çıxaraq banı üstə bir neçə dəfə aşdıqdan sonra 27 metr məsafədə dayanıb, nəticədə S.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
Murad İbrahimli