Abşeron rayonunda bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə Masazır qəsəbəsi, Zəngilan məcburi köçkünlər şəhərciyində qeydə alınıb. 

Belə ki, Allahverdi Fərid Seymur oğlu şəxsi münasibətlər zəminində bıçaqla 2000-ci il təvəllüdlü Allahquluyev Rzaqulu Vaqif oğlu və 2002-ci il təvəllüdlü Əsgərzadə Zamin Anar oğluna ağır xəsarətlər yetirib. R.Allahverdiyev və Z.Əsgərzadə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.

Faktla bağlı Zəngilan RPŞ-nin istintaq qrupunda CM-nin 126.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Murad İbrahimli