Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Həmçinin, 2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 421 milyon manat olması nəzərdə tutulur ki,bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6% çoxdur.