Yaponiya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 483,7 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 12,7 km dərinliyində yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.