Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" komandaları UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda qələbə qazanıb.
"Unikal" xəbər verir ki, "Fənərbaxça" doğma azarkeşləri önündə Danimarkanın “Norşellann” klubunu 3:1 hesabı ilə üstələyib.
Meydan sahiblərinin qollarını 24-cü dəqiqədə Migel Krespo, 30-cu dəqiqədə Mişi Batşuayi, 47-ci dəqiqədə Sərdar Əziz vurub. Qonaqlardan isə Oliver Villadsen fərqlənib.
Şenol Güneşin baş məşqçisi olduğu "Beşiktaş" isə Belçikada "Brügge"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində Hans Vaneken 77-ci dəqiqədə fərqlənib. İstanbul təmsilçisində isə Cenk Tosun 88-ci dəqiqədə tarazlığı bərpa edib.