Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı silahlı erməni birləşmələri silah və sursatlarını təhvil verir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin Teleqram kanalında bildirilib.
Qeyd edilib ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.