Ssentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.