"BMT-nin sülhməramlı missiyasının Qarabağa göndərilməsi yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə mümkündür".

"Unikal" xəbər verir ki, BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik dünya təşkilatının missiyasının Qarabağa göndərilməsinin mümkünlüyünü şərh edərkən deyib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağda BMT mandatına malik sülhməramlı qüvvələrə imkan yaratmaq lazım olduğunu bildirib.

Düjarrik “İstənilən sülhməramlı missiyalarla bağlı qərarı BMT Təhlükəsizlik Şurası verir” - deyə bildirib.