Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olduğu iddiası ilə ABŞ-nin sanksiyalarına məruz qalan respublikanın keçmiş baş prokuroru, o cümlədən Rusiya vətəndaşlığı olan Otar Partsxaladzeni Gürcüstan vətəndaşlığından məhrum etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan liderinin administrasiyası məlumat yayıb.

"Otar Partsxaladze casusluqda təqsirli bilinib və ona qarşı istintaq başlayıb. Gürcüstan prezidenti dövlət maraqlarından çıxış edərək, indiki mərhələdə onun Gürcüstan vətəndaşlığından məhrum edilməsini yersiz hesab edir. Prezident hesab edir ki, əgər Otar Partsxaladze günahkardırsa, o məhz Gürcüstan vətəndaşı kimi cəzalandırılmalıdır”, - deyə məlumatda bildirilir.

Nuranə Abbasova