Azərbaycan Ordusunun Rusiya sülhməramlıları ilə birlikdə Xocalıya daxil olduğu iddia edilir.
"Unikal" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır.