Növbəti həftə (25,26,28,29 sentyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz rayonu,  Ağçay kəndində (kənd orta məktəbinin qarşısı), 2-ci günü Siyəzən rayonu, Məşrif kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü Quba rayonu, Qrızdəhnə kəndində (klub binasının qarşısı), 5-ci günü isə Xızı rayonu, Baxışlı kəndində (kənd orta məktəbinin qarşısı) baş tutacaq.

"Unikal" xəbər verir ki, vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.