Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan basketbol oynayıb. 

"Unikal" xəbər verir ki, ölkə liderinin görüntülərini AK Partiya Bursa Millət vəkili Mustafa Varank paylaşıb. 

Oyunda Gənclər və İdman naziri Osman Aşkın Bak, Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan, MİT sədri İbrahim Kalın, Prezident Aparatının Kommunikasiya direktoru Fahrettin Altun, millət vəkilləri Mövlud Çavuşoğlu, Mehmet Muharrem Kasapoğlu və Mustafa Varank, Alpay Özalan, Gənclər və İdman Nazirinin müavini Həmzə Yerlikaya və Türkiyə Basketbol Federasiyasının (TBF) sədr müavini Ömər Onan iştirak ediblər.