Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlama yayıb.
Qeyd olunub ki, Qriqoryan sentyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcək.
Tərəflər Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünü hazırlamaq üçün bir araya gələcək.
Rəsmi Bakı bu barədə hələlik açıqlama verməyib.
Ağarza Elçinoğlu