Azərbaycan öz torpaqlarında bir antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı
"Unikal" xəbər verir ki, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Türkiyə Prezidenti deyib ki, əməliyyatın qısa müddətdə tamamlanması bizim üçün iftixar mənbəyidir: “Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın sülh əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik”.