Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

"Unikal"ın məlumatına görə jurnalist Fulya Öztürkü Naxçıvanda görən Ərdoğan təəccübünü gizlətməyib.

Türkiyə liderinin "Fulya, haradan gəlmisən bura?" sualına Azərbaycan Prezidenti İlham Əliyev "Fulya bizim qızdır" cavabını verib.