Qarabağın erməni sakinləri və Azərbaycan nümayəndələri arasında növbəti görüş Xankəndidə təşkil olunacaq.
"Unikal" xəbər verir ki, Azərbaycan tərəfdən tədbirdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iştirak edəcək.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.