"Ermənistanın baş naziri oktyabrın 5-dən əvvəl vəzifəsini tərk etməlidir".

"Unikal" xəbər verir ki, bunu etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyan bildirib.

"Biz bütün qüvvələrimizi elə birləşdirməliyik ki, oktyabrın 5-nə qədər, Paşinyanın Əliyevlə görüşünə qədər Nikol istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün hansı sənədləri yenidən imzalamağa hazırdır. Biz buna imkan verməməliyik".

Sentyabrın 26-na olan hədəflərin müəyyən edilməsi ilə aksiya başa çatıb. Etirazçılar paytaxtın bütün rayonlarında müxtəlif ünvanlarda küçələri bağlamağa başlayacaq və eyni şeyi regionlarda da etməyə çağıracaqlar. "Polisin hər yerdə olmağa gücü çatmır. Ən əsası isə onların pəncəsinə düşməməyə çalışmalıyıq. Polisi görsəniz, dağılın. Qoy bir-birlərinə baxıb getsinlər", - Tevanyan deyib. 

Ermənistan hökumətinə qarşı hərəkatın bütün tərəfdarları yolda avtomobillərini 10 dəqiqə saxlamalı və söndürməli olacaqlar. Çərşənbə axşamı, həmçinin, Səhiyyə Nazirliyində həkimlərin keçirəcəyi “Ağ xalatlılar” aksiyası olacaq. Etiraz gününün yekunu saat 19:00-da başlaması nəzərdə tutulan mitinqdə yekunlaşacaq.