Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub.
"Unikal" xəbər verir ki, görüş zamanı oktyabrın 5-də Qranada şəhərində Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin planlaşdırılan görüşünə hazırlıq məsələləri müzakirə olunub.
*** 09:02
Bu gün Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutacaq.
"Unikal" xəbər verir ki, görüşdə İlham Əliyevlə Nikol Paşinyanın oktyabrın 5-də Qranada şəhərində baş tutacaq görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.