Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

"Unikal" xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Belə ki, onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.