Xəbər verdiyimiz kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsi üçün mümkün konkret addımları müzakirə ediblər.
"Unikal" xəbər verir ki, Avropa Şurasının mətbuat xidməti iki rəsmi şəxs arasında Brüsseldə bu gün keçirilən danışıqların nəticələrini şərh edib.
Brüssel gözləyir ki, Ermənistan və Azərbaycan liderləri Qranadada keçiriləcək görüşdə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiq edəcəklər. Görüşdə Almaniya kanslerinin müşavirləri, Fransa prezidenti, eləcə də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də iştirak edib. Daha sonra müzakirədə qısa müddətə Avropa Şurasının rəhbəri Çarlz Mişel də iştirak edib.
Qeyd olunur ki, Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan mümkün görüşü ərəfəsində fikir mübadiləsi aparılıb. Tərəflər sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsinin perspektivləri kimi məsələlərə toxunublar.
Aİ-nin bəyanatına görə, normallaşma prosesinin bütün sahələrində konkret hərəkətlər və qətiyyətli kompromis həllər lazımdır. Avropa İttifaqı bütün bu hadisələri yaxından izləyir və döyüşlərin mülki şəxslərə təsirinin azaldılmasına kömək etmək üçün ən yüksək səviyyədə iştirak edir.
Aİ həmçinin hesab edir ki, Praqa və Brüsseldə əldə olunmuş razılaşmalara uyğun olaraq, Qranada mümkün görüşdən Yerevan və Bakı bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər.