Azərbaycan höküməti Qarabağ erməniləri üçün humanitar yardımın göndərilməsinə dair vacib addımlar atıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib.O qeyd edib ki, illər boyu münaqişənin həll olunmamasından istifadə edən bəzi dövlətlərin iddiaları iftiradan ibarətdir.
“Ermənistanın xaincəsinə və diasporadan gələn bu kimi təxribatlara yönəlməməsi lazımdır. Erməni xalqının rifahı və rahatlığı qonşu xalqlarla davadan deyil, sülh və əməkdaşlıqdan keçir. Türkiyə bölgədə daim sülhün bərqərar olması üçün üzərinə düşəni edəcək. İnşallah qısa zamanda Naxçıvan vasitəsi ilə Zəngəzur dəhlizini reallaşdıracağıq. Qonşumuz İranın da daxil olduğu ortaq layihələrlə bölgəmizi sülh hövzəsinə çevirmək istəyirik”.