Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında professor-müəllim və tələbələrin, elecə də inzibati işçilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım günü tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan dövlət himni ilə başlayan tədbirdə, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. 

Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olan Akademiyanın qəhrəman məzunlarından bəhs edən “Vətən deyəndə” sənədli film nümayiş olunub. 

Qeyd edək ki, 44 günlük Vətən savaşı şəhidləri siyahısında Akademiyanın 15 məzununun da adı var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid məzunların adına fəxri təqaüd təsis olunub və auditoriya verilib.