Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.